"Fransız şəhərciyi" 2023 [fr]
Azərbaycandakı Fransız İnstitutu ənənəvi Village Français (Fransız şəhərciyi) təlim kampını bu il Quba rayonunda, Qəçrəşdə təşkil edib.
İyunun 26-dan 30-dək keçirilən bu təkmilləşmə kursu Azərbaycanın bütün bölgələrindən 80-ə yaxın fransız dili müəllimini bir araya gətirdi. Bir neçə fransız və azərbaycanlı mütəxəssis Azərbaycan məktəblərində, lisey və universitetlərində dərs deyən fransız dili müəllimləri üçün linqvistik və pedaqoji inkişaf seminarları keçmişdir.
Təlim bu il iki hisədən ibarət idi: fransız dili dərslərinin dinamikləşdirilməsi, linqvistik və mədəni biliklərin yenilənməsi.
Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon təlimin son gün sessiyasını bağladı və iştirakçıların hər birinə sertifikat təqdim etdi.