Fransız “orkestr-adam” 3-cü “Tar-gitara dueti” adlı konserti ilə, İsmayıl Zülfüqarovun tar ilə müşaiyətində dinləyiciləri sevindirdi. [fr]

Fransa ilə Azərbaycan arasındakı musiqi əməkdaşlıq çərçivəsində, Fransız gitara ifaçısı Filiganın çərşənbə günü 30 oktyabr tarixində, Landmarkın Rotunda Caz Klubunda 3-cü konserti baş tutdu. Bu layihə, Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutunun, eləcə də, Fransız-Azərbaycan Universiteti (UFAZ) və Thales şirkətinin dəstəyi ilə həyata keçirildi.

Fransız gitaristin Azərbaycan xalq mahnıları ilə qarışıq musiqi improvizasiyaları və istedadlı tar ifaçısı İsmayıl Zülfüqarov ilə birlikdə səsləndirdiyi kompozisiyaları, geniş tamaşaçı kütləsini feyziyab etdi. Musiqi mübadiləsinin keyfiyyəti və iki musiqi alətinin ecazkar harmoniyası bu konsertdə iştirak edən çoxsaylı dinləyicinin qəlbini fəth etdi.

Foto @Azərtac

publié le 04/11/2019

haut de la page