Fransız modelyeri Patrik Boffa Azərbaycan Moda Həftəsində [fr]

17 may cümə axşamı Azərbaycan Moda Həftəsinin rəsmi açılışından bir neçə saat öncə Mərakeşin Azərbaycandakı səfiri cənab Mohamed Adil Embarch və Fransanın Azərbaycandakı səfiri Xanım Orelia Buşez tədbirin mətbuat konfransında iştirak ediblər. Azərbaycan Moda Həftəsinin bədii rəhbəri cənab Sayat Dussenbayovun dəvəti ilə təşrif buyurmuş səfirlər tədbirin bu ilki payız-qış 2018 buraxılışında iştirak edəcək mərakeş və fransalı modelyerlər haqqında fikirlərini paylaşıblar. Fransanı artıq ikinci ildir ki bu dəbli mərasimdə dizayner Patrik Bofa təmsil edəcək.

Patrik Boffa klassik musiqi aləmini tərk edərək moda ilə 1998-ci ildən etibarən məşğul olur. Onun yaradıcılığı yüksək moda sahəsində Yves Saint Laurent, Alexander Mac Queen, John Galliano, Claude Montana kimi adlar ilə birgə çəkilir. O, Azərbaycana ikinci səfəri münasibətilə kolleksiyalarında üstünlük verdiyi qara rəngini müxtəlif digər rənglər ilə bol olan kolleksiya ilə əvəz edir. Onun təqdimatı 19 iyun şənbə günü axşam Alov Qüllələri Fairmont otelində keçiriləcək.

Azərbaycan Moda Həftəsi ildə iki dəfə (may və noyabr aylarında) yüksək prestijli məkanlarda Azərbaycan publikasına dünyanın müxtəlif ölkələrindən gələn modelyerlərin moda işlərini nümayiş etdirir : bu il ikinci dəfə moda nümayişləri, artıq fransız nişanı daşıyan Fairmont otelində baş tutdu. Azərbaycanda Fransız İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Moda Həftəsini artıq iki ildir ki hər beş buraxılışını dəstəkləyir.

http://www.patrickboffa.com/
http://www.afw.az/ru

publié le 18/05/2018

haut de la page