Fransız modelyeri Patrik Boffa Azərbaycan Moda Həftəsində [fr]

Azərbaycan Moda Həftəsi (http://www.afw.az/) üç gün davam edən bayram abu-havalı tədbirlərdən sonra cümə günü, 10 noyabr tarixində, böyük uğur qazanan fransız modelyeri Patrik Boffanın moda nümayişi ilə başa çatdı.

Öz yaz/yay kolleksiyasını nümayiş etdirmək üçün Bakıya gələn cənab Boffa, tədbirin təşkilinin keyfiyyətini vurğulayaraq, əgər fürsət düşərsə bir daha Azərbaycana gəlməyə hazır olduğunu qeyd etdi (http://www.patrickboffa.com).

Azərbaycan Moda Həftəsi ildə iki dəfə (may və noyabr aylarında) yüksək prestijli məkanlarda Azərbaycan publikasına dünyanın müxtəlif ölkələrindən gələn modelyerlərin moda işlərini nümayiş etdirir : bu il ikinci dəfə moda nümayişləri, artıq fransız nişanı daşıyan Fairmont otelində baş tutdu.

Azərbaycanda Fransız İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycan modelyerlərini dünyada tanıtmaq və hər iki ölkənin mütəxəssisləri arasında əlaqə yaranmasında iştirak etmək üçün iki ildir ki, Azərbaycan Moda Həftəsinin hər dörd buraxılışını dəstəkləyir.

Əlavə məlumat üçün :
https://ru.sputnik.az/photo/20171111/412712789/azerbajdzhanskaja-nedelja-mody-poslednij-den.html
http://www.lofficielazerbaijan.az/articles/read/azerbaijan-fashion-week-ss-2018-deny-3

https://ru.sputnik.az/video/20171111/412703151/kollekciya-zvednogo-dizaynera-patrika-boffa.html

Photos@Sputnik.az

publie le 05/12/2017

hautdepage