Fransız gitaristi Filiqan bakılı tamaşaçıları ovsunladı

La Tranche sur Mer şəhərində « gitara gecəsi » festivalının yaradıcısı, məşhur fransız gitaristi Filiqan, çərşənbə 28 dekabr tarixində, Fransız İnstitutu, Fransa Səfirliyi və Fransız-Azərbaycan Universitetinin tərəfdaşlığı ilə Landmarkın Rotunda zalında baş tutan konserti ilə bakılı tamaşaçıların ovsunladı.

Konsert zamanı ifa edilən kompozisiyalar və fransız gitaristi ilə, başda İsmayıl Zülfüqarov olmaqla azərbaycanlı tar ifaçılarının musiqili improvizasiyaları çoxsaylı tamaşaçını cəlb etdi.

UFAZ-ın tələbələri də həmçinin səhnədə Filiqanın müşaiyəti ilə çıxış etdilər.
Bu konsert, Azərbaycanda baş tutması gözlənilən tar-gitara festivalının birinci mərhələsi idi. Növbəti konsert 2019-cu ilin fevral ayında keçiriləcək.

publié le 06/12/2018

haut de la page