Fransa Bakıda 9-cu Avropa Filmləri Festivalında iştirak edir

Alber Düpontelin « O biri dünyada görüşənədək » filmi Avropa Filmləri Festivalı çərçivəsində (10 - 21 oktyabr 2018) 16 oktyabr tarixində, saat 18.30-da Cinema Park Bulvarda nümayiş olunacaq. Bu film Pyer Lemetrin eyniadlı romanı əsasında Qonkur qardaşlarının mükafatı, 2013 (Prix Goncourt, 2013) ekranlaşdırılmışdır. Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutu tərəfindən təqdim edilən film, fransız dilində rus altyazıları ilə qöstəriləcək. Filmə baxmaq üçün giriş sərbəstdir.

1918-ci ilin noyabr ayı. İkitərəfli barışıqdan bir neçə gün əvvəl, Eduar Periko Alber Mayarın həyatını xilas edərkən, partlayış zamanı eybəcər hala düşür. İkinci Dünya müharibəsinin xarabalıqlarında, iki yoldaş həyatda qalmağa çalışır. Birlikdə onlar şəhidlərin ruhuna ucadılmış abidələrə yönələn möhtəşəm bir fırıldağa əl atırlar. Film «César 2018» mükafatının Ən Yaxşı Rejissor, Ən Yaxşı Adaptasiya, Ən Yaxşı Operator işi, Ən Yaxşı Kostyumlar, Ən Yaxşı Dekorasiya nominasiyalarının qalibi olmuşdur.

publié le 22/10/2018

haut de la page