Fransız diplomatiyası Parisin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyinə dəstək üçün səfərbərdir

JPEG

Hamını səfərbər edən namizədlik

Parisin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyi güclü milli həmrəlik hissi oyadan bir mövzudur. Layihə fransız idmançıları tərəfindən irəli sürülüb və fransızların 77% -i tərəfindən dəstəklənir (TNS Sofres-in sorğusu, oktyabr 2016-cı il). İctimaiyyətdən savayı, bütün səviyyələrdə təmsil olunan hökümət və siyasi dairələr, işgüzar aləm, assosiasiyalar və bir çox QHT-lər bu layihə ətrafında həmrəlik nümayiş etdirirlər.

Fransada təmsil olunan xarici ölkə səfirlərinə 2024-cü il Yay Olimpiya və Parolimpiya Oyunlarına Parisin namizədliyinin təqdimatı üçün 8 fevral tarixində, Nazirlik, Paris 2024 namizədlik komitəsini qəbul edib.

Fransa, böyük idman tədbirlərinin keçirilməsi üçün cəlbedici məkandır

Beynəlxalq kontekstin mürəkkəbliyinə baxmayaraq, bir müddət öncə, populyar, danılmaz və bayram xüsusiyyətlərini qoruyub saxlamaqla Fransa mötəbər idman tədbirlərini təşkil etmək bacarığını nümayiş etdirmişdir.

Son zamanlarda ölkəmizdə COP 21, UEFA Avro 2016 və Həndbol üzrə Dünya Çempionatı kimi idman və digər böyük tədbirlərin təşkil edilməsi Fransanın bu sahədə olan bacarıq və təcrübəsini nümayiş etdirmişdir. Avro 2016 oyunları zamanı Parisdə azarkeş zonaları tam təhlükəsiz şəraitdə 1.2 milyon, ümumilikdə isə Fransada 4 milyon insanı qəbul etmişdir.

Öz qonaqpərvərliyi ilə unikal irs və təcrübəsi olan Paris, ümumilikdə isə Fransa dünyada ilk turizm məkanlarından biridir. Əgər Parisin namizədliyi qəbul edilərsə, şəhər, 1924-cü ildə paytaxtda keçirilmiş Oyunların yüzillik tarixinin qeyd edilməsi ilə əlaqədar, Parisin Eyfel qülləsi, Əlillər evi, Yelisey çölləri, Versal sarayı kimi bütün simvolik məkanlarında çoxsaylı yarışlar keçirilən həqiqi olimpiya parkına çevriləcək.
Fransa diplomatiyasının bölüşdüyü dəyərlər

Paris 2024 namizədlik layihəsi güclü və məsuliyyətli bir layihə olmaqla yanaşı həm də Fransanın beynəlxalq aləmdə bölüşdüyü və daşıyıcısı olduğu humanizm, inteqrasiya və ortaq dəyərlərin təcəssümüdür. Bu iradə namizədliyin bir sıra innovativ aspektlərində əks etdirilir:

• Parisdə və onun ən gözəl abidələri mərkəzində qeyd edilən unikal Olimpiya Oyunları hamı üçün açıqdır.
• Bu layihə çərçivəsində, idman və olimpiya dəyərlərinə əsaslanaraq, Fransada və eləcə də dünyada vahid və həmrəy bir cəmiyyətin qurulması naminə Paraolimpiya oyunlarına xüsusi diqqət yetirilir.
• İqlim üzrə tarixi Paris sazişlərinə müvafiq bir zamana təsadüf edən ilk oyunlardır. Bu, Paris 2024 üçün çox önəmli tədbirdir. Bu baxımdan London 2012 və Rio 2016 Oyunlarından fərqli olaraq, Paris 2024 Oyunları zamanı, karbon qazları 55% azaldılacaq.
• Ərazi ehtiyyaclarına (oyunlara aid olmayan) uyğun olaraq əhaliyə xidmət üçün (mənzil, yaxınlıqda yerləşən idman obyektləri, keçidlər kimi) infrastrukturlara investisiyalar ayrılacaq. Artıq mövcud olan 95% daimi və ya müvəqqəti obyektlərə Paris 2024 üçün əlavə olaraq yalnız iki növ obyekt - atletlər və media üçün nəzərdə tutulmuş kənd və su idmanı mərkəzi inşa olunacaq, bu səbəbdən də büdcəyə məsuliyyət və ondan səmərəli istifadə təmin ediləcək.
• Oyunlardan sonra əhaliyə qalan böyük miras.
Salınacaq bu kənd, yarışlardan sonra məktəblər, ticarət-iaşə obyekləri və yaşayış yerləri ilə birgə ekoloji bir əraziya çevrilərək.

publie le 08/06/2017

hautdepage