Fransız dili müəllimlərinin Naxçıvanda təlimi

26-30 noyabr 2018-ci il tarixləri arasında Azərbaycanda Fransız İnstitutu Naxçıvanın 70 nəfər fransız dili müəllimi üçün təlim kursu təşkil etmişdir. Fransız dili xarici dil kimi (FLE) təliminin eksperti xanım Anni Dommanje bu münasibətlə Fransadan Naxçıvana səfər etmişdir.

Bu təlim, Azərbaycanda fransız dili müəllimlərinin bacarıqlarının gücləndirilməsi siyasətinin bir hissəsi olaraq, IFA tərəfindən bu il təşkil edilən üçüncü təlim oldu. Bu təlim, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin dəstəyi və iştirakı sayəsində uğurlu oldu.

publié le 11/12/2018

haut de la page