Fransız dili müəllimlərin Nisdə təlimi

Müəllimlərin ixtisasartırılmasına dəstək layihələri çərçivəsində APFAZ (Azərbaycanda Fransız dili Müəllimləri Assosiasiyası) və « Frankofoniya» təşkilatının tərəfdaşlığı ilə 5-17 avqust 2018-ci il tarixlərində Azərbaycan Fransız İnstitutu Nis şəhərində Bakı və bölgələrdə fransız dili sahəsində fəaliyyət göstərən 12 müəllimə fransız dilini təkmilləşmək imkan yaradıb.

Təlim zamanı fransız dilinin fonetikasına və şifahi nitqə, eləcə də Azərbaycan və Fransız mədəniyyətlərinin tanışlığı mövzularına üstünlük verilib.

Nis İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən Azərbaycana həsr edilən gecədə, təcrübəçi müəllimlər milli xörəkləri hazırlayaraq iştirakçılara təqdim ediblər. Nis şəhərində qaldıqları müddətdə müəllimlər ekskursiyalarda iştirak edərək Fransanın cənub regionları ilə yaxından tanış olublar.

Təlimin sonunda Frankofoniya və APFAZ arasında gələcək əməkdaşlığı genişləndirməyə dair memorandum imzalanıb.

https://www.universitesdefrancophonia.com

publié le 09/10/2018

haut de la page