Fransız İnstitutunun direktorunun Slavyan Universitetinə səfəri: FRED, Culturethèque və « Mardi Gras » fransız bayramının qeyd edilməsi [fr]

Fransız İnstitutunun (İFA) direktoru Jerom Kel və mediatekanın məsul şəxsi İlkin Babayev, cümə günü 21 fevral tarixində Bakı Slavyan Universitetində fransız dili müəllimləri və tələbələri üçün nəzərdə tutulmuş « FRED » və « Culturethèque » adlı iki rəqəmsal tətbiqin təqdimatına həsr olunmuş tədbirdə iştirak etdilər.

Nümayəndələri universitetin prorektoru Rafiq Novruzov və fransız dili kafedrasının müdiri İnara Tarzumanova qarşıladı. Universitetin Erasmus Plus otağında baş tutan bu təqdimat, FLE (fransız dili xarici dil kimi) müəllimləri və tələbələri də daxil olmaqla bütün komandaya faydalı oldu (əlli nəfərə yaxın iştirakçı).

Fransız İnstitutunun direktoru, fransız dilinin xarici dil kimi tədrisinə və öyrənilməsinə həsr olunmuş FRED platformasını (www.franceducation.fr) təqdim etdi. Tamamilə pulsuz əldə edilə bilən bu rəqəmsal platforma, müəllim və tələbələrə fransız dilini öyrətmək və öyrənmək üçün minlərlə tədris vəsaitindən (video, məşqlər, mahnı, audio proqram, oyunlar, tədris sənədləri, mahnı və s.) istifadə etmək imkanı təqdim edir.

Bu görüş zamanı, mediatekanın məsul şəxsi Fransız İnstitutunun « Culturethèque » platformasının təqdimatını həyata keçirdi. Bu platforma, Fransa mədəniyyətinə və dilçiliyinə aid minlərlə qaynaq (mətbuat, rəqəmsal kitablar, filmlər, musiqi və mahnılar və s.) təqdim edir. Onu əldə etmək üçün IFA-nın mediatekasında qeydiyyatdan keçmək kifayətdir : Füzuli küçəsi 67, telefon: 012 596 35 80. http://www.ifa.az/fr/node/100

Daha sonra, universitetin tələbələri Fransadakı ənənəvi « Mardi Gras » bayramı ilə Azərbaycanın Novruz bayramı arasındakı oxşarlıqlar haqqında bir təqdimatla çıxış etdilər və bu təqdimat, fransız krepləri ilə Novruzun ənənəvi şirniyyatlarının (şəkərbura, paxlava, qoqal) dequstasiyası ilə davam etdi.

Sonda, Fransız İnstitutunun direktoru bu münasibətlə fransızdilli onlayn qəzet olan
«Le Carrefour »a müsahibə verdi : http://lecarrefour.az/2020/02/24/fred-une-plateforme-pour-enseigner-et-apprendre-le-francais-a-eu-lieu-a-luniversite-slave-de-bakou/

Slavyan Universitetinin Facebook hesabında bu barədə yayımlanan məqalə: https://bit.ly/2uEtCMT

publié le 28/02/2020

haut de la page