Fransız Hökümətinin təqaüdçülərinin şərəfinə Fransa Səfirliyində tədbir keçirildi

Çərşənbə 8 avqust 2018-ci il tarixində, Fransanın Azərbaycandakı Səfiri Fransız Hökümətinin təhsil təqaüdünü alan 13 nəfər tələbəni səfirliyin iqamətgahında qəbul edib. Tədbirdə, Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru cənab Nicat Məmmədli, Neft və Sənaye Universitetinin vitse-rektorları cənab Rafiq Camalov və Qasım Məmmədov iştirak etmişdir.

Azərbaycanlı tələbələrə 2018-2019-cu tədris ili üçün verilən Fransız Hökümətinin təqaüdü iki qrupa bölünür :

- 8 tam təhsil təqaüdü (615€/ay)

- 5 sosial təqaüd.

Fransa Xarici İşlər Nazirliyinin bu proqramı iki ölkə arasındakı akademik əməkdaşlığı gücləndirir, gələcək Azərbaycan elitasının formalaşmasında Fransanın iştirakını təmin edir.

PNG

publié le 13/08/2018

haut de la page