Fransız Cazz konserti Bakı tamaşaçılarının qəlbini fəth etdi

Bakı Cazz Festivalı çərçivəsində, şənbə günü 20 oktyabr 2018-ci il tarixində, Landmark otelinin “Rotonda Jazz Club” zalında, Jean-Christophe Cholet Trio Initiatives (Fransa) qrupunun konserti baş tutdu. Konsert,Fransız İnstitutu və Fransanın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı, Türk Hava Yollarının dəstəyi ilə həyata keçirildi.

Konsertdən əvvəl Tofiq Həsənsoyun (radio Cazz) aparıcılığı və Fransa səfiri xanım Oreliya Buşezin, cənab Jan-Kristof Şole, “Trio Initiatives” qrupunun pianoçusu, Bakı Cazz Festivalının direktoru xanım Leyla Əfəndiyeva, Türk Hava Yollarının baş direktoru cənab Seyfullahın İlyasın iştirakı ilə mətbuat konfransı keçirildi. Xanım səfir öz nitqində, bu kimi mədəni tədbirlərin Fransa və Azərbaycan araısnda mədəni mübadilə fürsəti olduğunu və ölkələrimiz arasında mövcud mədəni əlaqələrini daha da möhkəmləndirdiyini vurğuladı.

Konsert zamanı səsləndirilən kompozisiyalar, qrupun pianoçusu Jan-Kristof Şolenin meditativ opus improvizasiyaları sayəsində çoxsaylı tamaşaçı tərəfindən zövqlə dinlənildi. Musiqiçilərin musiqi cəsarəti, zərb alətində Simon Berniyenin mülayim ritmləri və bassist Jildas Boklenin təmkinli notları klassik cazz musiqisinin kollektiv zövqündən xəbər verdi.

Fotolar@AZERTAC

publié le 12/11/2018

haut de la page