Fransız-Azərbaycan arxeoloji missiyalar

Artıq bir neçə ildir ki, üç Fransız-Azərbaycan birgə komandası Azərbaycanın üç regionunda (Tovuz, Lənkəran və Naxçıvan) arxeoloji qazıntılar aparır. Bu elmi-tədqiqat sahəsində əməkdaşlıq iki ölkənin qurumları (Azərbaycan Milli Elmlər Akademiyası və CNRS – Fransa Milli Araşdırmalar Mərkəzi) arasında aparılan əməkdaşlığa əsaslanır və əsasən aşağıda göstərilən mövzu və müxtəlif tarixi dövrlərə diqqət edir:

- Mesopotamiya ilə, eramızdan əvvəl 5-ci və 4-cü əsrlər Qafqaz regionu arasında münasibətlər (Məntəş Təpə, Tovuz rayonu)
- Tunc və dəmir cəmiyyətləri (Lənkəran və Lerik rayonları)
- Kür-Araz mədəniyyətinin genezisi (Naxçıvan Muxtar Respublikası)

Bu qazıntılar barədə ilk təqdimat Məntəş Təpə ərazisinə həsr olunmuşdur. Digər qazıntı əraziləri barədə məlumat (Lənkəran layihəsi) apreldə və (Naxçıvan layihəsi) mayda təqdim olunacaq.

Məntəş Təpə missiyası 2008-ci ildə başlayıb. Fransa Milli Araşdırmalar Mərkəzi CNRS-in əməkdar arxeoloqu və elmi araşdırmalar üzrə direktoru Bertiy Lionne və Bakı Arxeologiya və Etnologiya Muzeyinin direktoru Fərhad Quliyev, bu qazıntılara birgə rəhbərlik edir. Qazıntıların məqsədi, Orta Kür vadisində (Qərbi Azərbaycan) qədim mədəniyyətlərin təkamülünü dərk etmək (Neolit dövründən Tunc dövrünədək) və onların Mesopotamiya və Qafqazın digər regionları arasında əlaqələri aşkar etməkdir.

publié le 18/03/2015

haut de la page