Fransız-Azərbaycan Universitetinin yaradılması (UFAZ)

25-26 aprel 2016-cı il tarixdə Bakıda səfərdə olan Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir, Fransız Liseyinə ziyarət zamanı təhsil naziri Mikayıl Cabbarov ilə görüşdü.

İkitərəfli görüş zamanı Avropa məsələləri üzrə dövlət katibi, 2016-cı il, sentyabr ayına açılışı planlaşdırılan Fransız-Azərbaycan Universitetinin yaradılması haqqında saziş layihəsini Təhsil Nazirinə təqdim etdi.

Bu saziş tezliklə layihə üzrə aparıcı iki universitet tərəfindən imzalanacaq: Fransız universitetləri konsorsiumuna başçılıq edən Strasburq universiteti və Azərbaycan Neft və Sənaye universiteti.

JPEG
JPEG
JPEG
JPEG
JPEG

publie le 29/11/2017

hautdepage