Fransız-Azərbaycan Universitetinə (UFAZ) direktor təyin olundu

Çərşənbə 14 dekabr 2016-cı il tarixində, Azərbaycan Dövlət Təhsil Nazirliyinin, Strasburq Universitetinin və Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlının təsdiqi ilə Vazeh Əskərov Fransız-Azərbaycan Universitetinə (UFAZ) direktor təyin olundu.

14 dekabr tarixində Mustafa Babanlı şəxsən özü onu Universitetin administrativ personalına təqdim etdi. V.Əsgərov Strasburq Universitetinin doktorantıdır və uzun illər ərzində Strasburqda çalışmış, fransız təhsil sisteminə yaxından bələd olmuşdur. UFAZ-ın yeni direktoru öz növbəsində, ona göstərilən etibara görə təşəkkürünü bildirərək, Fransa ilə Azərbaycan arasında olan bu layihənin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

publie le 13/02/2017

hautdepage