Fransa-Azərbaycan Universiteti (UFAZ)

Azərbaycan-Fransız Universiteti (UFAZ)

UFAZ haqqında

Fransa-Azərbaycan Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Fransa Respublikası və Azərbaycan Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranmış iddialı bir layihədir və 2016-cı ilin sentyabr ayında Bakıda fəaliyyətə başlamışdır.

Layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu daxildir. Azərbaycan tərəfindən isə layihəyə Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Neft və Sənaye Universiteti (ASOIU) rəhbərlik edir.

UFAZ bakalavr və magistratura dərəcəsində dərəcəsində iki milli diplom təmin etməklə aşağıdakı ixtisasları təklif edir:

-  Kompüter elmləri
-  Neft-qaz mühəndisliyi
-  Kimya mühəndisliyi
-  Geologiya mühəndisliyi
-  Kimya Mühəndisliyi / Fiziki Kimya (MSc)
-  Tətbiqi Kompüter Elmləri (Böyük Verilənlər Bazası və Süni Zəka) (MSc)
-  Yer Elmləri (MSc)

2020/2021-ci tədris ili üçün UFAZ bakalavr proqramlarına:

- 120 yer dövlət sifarişi əsasında
- 40 yer isə ödənişli əsaslarla təklif olunur. İllik ödəniş 3000 AZN təşkil edir.

UFAZ-ın üstünlükləri nələrdir?

-  Beynəlxalq səviyyədə tanınan iki diplom (Fransız və Azərbaycan);
-  İngilis dilində tədris və intensiv fransız dili dərsləri;
-  Beynəlxalq standartlara tam cavab verən və 2500 kvm ərazini əhatə edən elmi laboratoriyalarda praktik məşğələlər;
-  Strasburqda yay məktəbi;
-  Fransanın müxtəlif universitetlərindən dəvət olunan beynəlxalq müəllim heyəti;
-  Xarici universitetlərdə mübadilə və tədqiqat proqramlarında iştirak imkanı;
-  Sənayə və biznes nümayəndələri ilə mütəmadi görüşlər;
-  Karyera inkişafı çərçivəsində beynəlxalq şirkətlərə və istehsalat sahələrinə ekskursiyalar;
-  Aparıcı şirkətlərdə təcrübə və iş imkanları;
-  4 illik təhsil müddətində fərdi noutbuklar;

UFAZ-a kim müraciət edə bilər?

-  Ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanı zamanı 1-ci ixtisas qrupu üzrə 500-dən çox bal toplayan hər bir abituriyent.

UFAZ haqqında ətraflı məlumat əldə etmək üçün bura daxil olun

https://www.ufaz.az/az/news/ufaz-%C...

Bizimlə əlaqə

Ünvan: NIZAMI STR. 183 BAKU, AZERBAIJAN

Ufaz-A Dəstək - donation@ufaz.az

Tədbirlər - events@ufaz.az

Karyera - careers@ufaz.az

Qəbul - admissions@ufaz.az

Məlumat - info@ufaz.az

Telefon - (+994) 12 599 00 74

https://www.ufaz.az/

www.facebook.com/ufaz.university

publié le 10/09/2020

haut de la page