22 yanvar Fransız-Alman Günüdür [fr]

22 yanvar Fransız-Alman Günüdür. Fransa Prezidenti Şarl Dö Qol və Kansler Konrad Adenauer 1963-cü ildə Yelisey müqaviləsini imzalayaraq iki ölkə arasında sıx dostluq əlaqələrini gercəkləşdirdilər.

Böhranların idarə olunması komanda işidir: Almaniya və Fransa tərəfdaşları ilə birlikdə həmrəylik nümayiş etdirərək pandemiya qarşı mübarizə aparırlar. Covid-19 əleyhinə peyvəndlər və dərmanlar ədalətli şəkildə dünyada paylanmalıdır. Avropa İttifaqı (Aİ) çərçivəsində, #RecoveryFund sayəsində iqtisadiyyatın davamlı bərpa olunmasına kömək edirik. Qlobal problemləri birlikdə həll edə bilərik. Bu Fransa-Alman dostluğunu ifadə edir.

İqlim dəyişikliyinə qarşı mübarizə komanda işidir: Aİ 2050-ci ilə qədər karbon neytrallığını əldə etmək və Paris iqlim razılaşmasının məqsədlərinə çatmasına nail olmaq üçün Almaniya və Fransa tərəfdaşları ilə European Green Deal dəstəkləyirlər. Qlobal problemləri birlikdə həll edə bilərik. Bu Fransa-Alman dostluğunu ifadə edir.

Dünyada barışıq və təhlükəsizlik naminə fəaliyyət komanda işidir: Almaniya və Fransa beynəlxalq münaqişələrin həllində yaxından əməkdaşlıq edirlər. Ukraynadakı münaqişə ilə əlaqəli Normandiya Formatı buna nümunədir. Qlobal problemləri birlikdə həll edə bilərik. Bu, Fransa-Alman dostluğunu ifadə edir.

publié le 22/01/2021

haut de la page