Fransız-Alman Günü [fr]

Bu gün 22 yanvarda Fransız-Alman Gününü qeyd edirik. Bu gün 1963-cü idə Elysee müqaviləsinin və 2019-cu ildə Aachen müqaviləsinin, vaxtilə düşmən olan ölkəni hazırda dostlaşmış qonşulara və həqiqi tərəf müqabillərinə çevrilən tarixi sənədlərin imzalanmalarının il dönümüdür.

Fransanın sabiq prezidenti Giscard d’Estaing bir dəfə Parisdəki Alman tələbələrinə "Almaniyanı ilk dəfə tankın lyukundan gördüyünü" söyləmişdi. Universitet əməkdaşlığı, gənclər arasındakı mübadilələr, səyahətlər və media sayəsində iki ölkənin yeni nəsilləri qonşularını tanımaq üçün çoxsaylı perspektivləri var. Dövlətlər arasındakı dostluq həm də insanlar arasındakı dostluq deməkdir ki, birini digərini şərtləndirir. 75 il əvvəl baş verən üç fransız-alman müharibəsinin ardınca 75 il sülh və tərəfdaşlıq illəri davam edir. Və bu uğur hekayəsi göstərir ki, miras alınmış və aşılanmış bir düşmənçilik ,duyulan və yaşanılan dostluğa çevrilə bilər.

Foto ©SVEN SIMON

JPEG

publié le 14/02/2020

haut de la page