Fransaya təhsil almağa gedən tələbələrin şərəfinə tədbir

Avqustun 11-də Azərbaycanda Campus France bürosunun təklifi ilə Fransaya təhsil almaq üçün yola düşən tələbələrin nəzərinə Fransaya gəldikdə ilk addımlar haqqında hazırlıq seminarı keçirilmişdir. Seminarda bir neçə Fransız universitetlərinin Azərbaycanlı məzunları iştirak etdi, onlar tələbələrin suallarına cavab verərək, onlarla öz təcrübələrini paylaşdı.

Tələbələr və onların ailə üzvləri Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşezlə görüşdülər. Görüşdə Azərbaycan universitetlərinin rektorları, beynəlxalq əlaqələr idarələrinin nümayəndələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təmsilçiləri iştirak etdilər.

Səfir çıxışında təhsil sahəsində Fransa ilə Azərbaycan arasında güclü əlaqələri xatırlatdı (Bakıda Fransız Liseyi, Fransız-Azərbaycan Universiteti) və müxtəlif mənbələrdən təqaüd alan tələbələri təbrik etdi (Fransa hökuməti nin təqaüdü, Eiffel kamillik Təqaüdü, Erasmus , Total, və s ...). O, eyni zamanda, Fransanın xarici tələbələr üçün dünyada üçüncü istiqamət olduğunu xatırlatdı və Fransız dili dünya təhsil sistemilərində ikinci ən çox öyrənilən xarici dil oduğunu vurğuladı .

Hər il daha çox azərbaycanlı tələbələr təhsil almaq üçün Fransanı seçir. Əgər Siz də Fransada təhsil almaq istəyirsinizsə, Campus France Azərbaycan bürosu ilə “ bakou@campusfrance.org " əlaqə saxlamaqdan çəkinməyin !

JPEG

JPEG

JPEG

JPEG

JPEG

publie le 28/09/2016

hautdepage