Fransanın ölkəmizdəki səfirinin təhsil naziri cənab Bayramov ilə görüşü

Fransanın Azərbaycandakı səfiri cənab Zacharie Gross, 14 oktyabr tarixində Azərbaycan Respublikası Təhsil Naziri Cənab Ceyhun Bayramov ilə görüşdü.
Görüş zamanı o, UFAZ (Fransız-Azərbaycan Universiteti) və Bakı Fransız Liseyinin uğurlarının sübut etdiyi təhsil və ali təhsil sahəsindəki ikitərəfli əlaqələrin keyfiyyətini yüksək qiymətləndirdi. Səfir eyni zamanda, ölkə iqtisadiyyatını dəstəkləyən çox sayda gəncin, beynəlxalq səviyyəli kadrların nümunə olduğu Azərbaycanın ali təhsil sisteminin dinamikliyini və müasirliyini alqışladı. İki ölkə arasında əməkdaşlıq səylərini davam etdirilməsi, xüsusən də, azərbaycanlı tələbələrin ali təhsillərini Fransada davam etdirmələrini təşviq edilməsi, ikili diplom və Erasmus plus proqramı vasitəsilə müəllim və professorlar arasında mübadilə sahəsində Fransız-Azərbaycan universitetlərarası tərəfdaşlığın inkişaf etdirilməsi, Azərbaycan orta təhsil sistemində istifadə olunan fransız dili xarici dil kimi (FLE) dərsliklərini modernləşdirilməsinə ekspert dəstəyi verilməsi barədə razılıq əldə edildi.

JPEG

publié le 07/11/2019

haut de la page