Fransanın ölkəmizdəki Səfirinin Azərbaycan Dillər Universitetinin rektoru cənab Kamal Abdulla ilə görüşü
Fransa səfiri cənab Zakari Qros, 14 oktyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru cənab Kamal Abdulla ilə görüşdü. Rektor, Universitetdə öyrənilən dillər arasında fransız dilinin əhəmiyyətini vurğuladı və bu dilin 50 müəllim tərəfindən öyrədildiyini xatırlatdı. ADU ilə bəzi Fransız universitetləri arasındakı mövcud əməkdaşlığı, xüsusilə də Strasburq Universiteti ilə tərcümə fakiltəsi ilə olan ikili diplom razılaşmasından söhbət açdı. Bu əməkdaşlıqların artırılması və Fransız İnstitutu vasitəsilə fransız müəllimlərinin ixtisasartırma təlimlərinin davam etdirilməsi barədə razılıq əldə olundu. Səfir, bu münasibətlə Fransız dili kafedrasının müəllimlərini də salamladı.