Bəyənat / Xanım Orelia Buşez, Fransanın Azərbaycandakı Səfiri

Fransanın bu faciəsinin kədərini paylaşdığınız üçün və bu faciəyə olan dəstəyinizə görə təşəkkür edirəm.

Fransa Respublikasının prezidenti Cənab Fransua Olland üç günlük milli matəm elan etdi. Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Cənab İlham Əliyev bu səhər Fransaya dəstək məktubu ünvanladı. Fransa höküməti bunu çox dəyərləndirir. Fransa Prezidenti Fransua Olland iki dəfə çıxış etdi. Onun çıxışlarını Fransa səfirliyin saytında və Facebook səhifəsində görə bilərsiniz.

Franua Olland, həmçinin Fransanın terrora və vəhşiliyə qarşı özünün azadlıq və tolerantlıq dəyərlərinin müdafiəsində qətiətlə olduğunu bildirdi. O, qurbanların ailələrinə başsağlığı verdi.
Cənab Fransua Ollandın çıxışından bir cümləni olduğu kimi oxumaq istəyirəm:
“Dünən başverənlər terror ordusu tərəfindən Fransaya qarşı, bizim müdafiə etdiyimiz dəyərlərə qarşı, olduğumuz azad ölkəyə qarşı müharibə deməkdir.”

Gələn həftədən etibarən hər gün, günün ikinci yarısı başsağlığı kitabı açıq olacaq.

JPEG
JPEG

publie le 14/11/2015

hautdepage