“Fransanın İnciləri” adlı sərginin bağlanış mərasimi

Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyi, Dövlət İncəsənət Muzeyi, Fransanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı və Fransız İnstitutunun dəstəyi ilə, 19 may 2017-ci ildə İncəsənət Muzeyində “Fransanın İnciləri” adlı sərginin bağlanış mərasimi baş tutdu. Bu sərginin, 2016-cı ilin noyabr ayında Total şirkətinin dəstəyi ilə açılışı olmuş və minlərcə tamaşaçını özünə cəlb etmişdir. Fransanın Azərbaycandakı Səfiri, Zati-Aliləri xanım Orelia Buşez öz nitqində, muzeyin 80 illiyi münasibətilə fransız incəsənət əsərlərini nümayiş etməyi seçdiyinə görə muzeyin direktoru cənab Çingiz Fərzəliyevə təşəkkürünü bildirmişdir. Xanım səfir qeyd etmişdir ki, bu seçim, Fransa və Azərbaycanı birləşdirən mədəni əlaqələrin yüksək keyfiyyətinin göstəricisidir. Mərasim zamanı mədəni, elmi, iqtisadi və qeyri-hökümət təşkilatların nümayəndələri, həm də, Fransa-Azərbaycan Alumni şəbəkəsinin üzvlərini bir arada toplandı. Qeyd edək ki, Fransada təhsil alan yüzdən çox məzunları birləşdirən Fransa-Azərbaycan Alumni şəbəkəsi tezliklə assosiasiya şəklində fəaliyyət göstərəcəkdir.

publie le 24/05/2017

hautdepage