Fransanın "Edu-Expo" sərgisində iştirakı [fr]

Fransa Bakı Ekspo Mərkəzində oktyabrın 10-dan 12-dək keçirilən "EDU-EXPO" Təhsil Sərgisində "Aİ Pavilyonu" nda təmsil olundu.

« Studying in France » adlı stend, Fransanın Azərbaycandakı İnstitutunun (IFA və Espace Campus France) komandası tərəfindən təqdim edildi. İctimaiyyət, Fransada magistratura təhsili, Fransız kursları və IFA tərəfindən təqdim olunan fransız dili beynəlxalq sertifikatları (DELF, DALF, TCF) və Bakı Fransız Liseyində fransız dilində orta təhsil barədə məlumatlandırıldı. Həmçinin, öz ayrı stendinə sahib olan UFAZ (Fransız-Azərbaycan Universiteti) haqqında da məlumatlar bu stenddə mövcud idi.

Fransa Səfirliyinin Əməkdaşlıq və Mədəniyyət Müşaviri və Fransız İnstitutunun direktoru cənab Jerom Kel, oktyabrın 11-i, AB-yə üzv ölkələrə həsr olunmuş forum məkanında, Fransada təhsilin şifahi təqdimatını etdi. Bundan başqa, 2016-2017-ci illərdə, Fransız hökümətinin verdiyi təhsil təqaüdü sayəsində Fransanın Anje şəhərində « turizmin idarəetməsi » ixtisası üzrə magistratura təhsili alan ALUMNİ Ramal Xosrovzadə, Fransadakı təcrübəsindən danışdı.

publié le 22/10/2019

haut de la page