Fransanın Dövlət Katibi Jan-Vinsent Plasenin UFAZa səfəri, 9 fevral 2017-ci il [fr]

Fransanın Dövlət İslahatları və Asanlaşdırma məsələləri üzrə Dövlət Katibi Jan-Vinsentin təmsil etdiyi nümayəndə heyyəti 2017-ci il 9 fevral tarixində Azərbaycan Təhsil Nazirinin müavini Ceyhun Bayramovun iştirakı ilə Fransız-Azərbaycan Universitetinin(UFAZ) tələbələri ilə görüş keçirmişdir.

Tələbələr Fransa ilə Azərbaycan arasındakı münasibətlərdə UFAZın yeri, həmçinin hər iki ölkədə inzibati islahatların müasirləşdirilməsi ilə bağlı məsələlərə dair sualları Dövlət Katibinə və Azərbaycan Təhsil Nazirinin müavininə ünvanlamaq üçün dəvət edilmişdirlər.
15 sentyabr 2016-cı ildə fəaliyyətə başlayan UFAZ-da hal hazırda 141 tələbə qeydiyyatdan keçmiş və Strasburq universitetində də qeydiyyata alınmışdırlar. Tələbələr Strasburq univesitetinin müəllimləri və böyük əksəriyyəti xaricdə təhsil almış azərbaycanlı müəllim heyyəti tərəfindən ingilis dilində tədris olunan 4 bakalavr ( Kimya, Geofizika, Neft və Qaz mühəndisliyi və İnformatika elmləri ) ixtisası üzrə təhsil alırlar.

JPEG
JPEG
JPEG

publie le 21/02/2017

hautdepage