Fransanın Azərbaycandakı səfirliyinin bəyanatı [fr]

Fransa Azərbaycanda müxalif siyası sima İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun aprel ayının 23-də bəraət almalarını alqışlayır. Bu, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını nəzərə alan beynəlxalq ictimaiyyət tərəfindən gözlənilən müsbət bir inkişafdır. Fransa Azərbaycan hökumətini beynəlxalq öhdəçiliklərinə, xüsusilə də mətbuat azadlığına və məhkəmə müstəqilliyinə riayət etməyi davam etməyə çağırır.

publié le 24/04/2020

haut de la page