ActİnSpace müsabiqəsi

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Fransa səfirliyinin dəstəyi və UFAZ-ın təşkilatçılığı ilə may ayının 25-i və 26-sı 24 saat ərzində ilk dəfə Azərbaycanda keçiriləcək beynəlxalq müsabiqə olan ActİnSpace müsabiqəsinə həsr olunan mətbuat konfransında iştirak etmişdir.

Tədbirdə müsabiqənin tərəfdaşları və sponsorları-“Bakcell”-in icraçı direktoru Nikolay Bekers, “IT Step Academy”-nin direktoru Aleksey Sleptsov, “AIKON Construction”-ın maliyyə direktoru Nadir Əliyev iştirak etmişdir.Həmçinin tədbirdə UFAZ-ın elmi eksperti və Strasburq Universitetinin kimya kafedrasının direktoru professor Jan-Mark Planeix və media nümayəndələri iştirak edib.

Bu unikal müsabiqə Azərbaycanın ən öndə gedən universitetlərini o cümlədən ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyasının, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və nəzdində fəaliyyət göstərən UFAZ-ı təmsil edən, ümumilikdə 24 komandada birləşən 105 tələbəni bir araya gətirmişdir.

Mayın 26-da ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Kosmik tədqiqatlar Mərkəzinin prezidenti Jan-İv Lö Gol və Azərkosmos ASC-nin sədri Rəşad Nəbiyevdən ibarət münsiflər heyəti tərəfindən qalib seçilən UFAZ-ın Neft və Qaz mühəndisliyi fakültəsinin I kursunda təhsil alan 5 tələbədən ibarət "Sooners" komandası iyunun 27-si Fransanın Tuluz şəhərində baş tutacaq Tuluz Kosmos Şou 2018 beynəlxalq finalında 40 ölkəni təmsil edən komandalar arasında Azərbaycanı təmsil etmək üçün həmin şəhərə yollanacaqlar. Qalib komandanın layihəsi, temperaturun ölçülməsi üçün elektromaqnit dalğası vibrasiyalarının istifadəsinə yönəlmiş start ap ideyasıdır.

publié le 06/06/2018

haut de la page