Fransanın Azərbaycandakı Səfirliyinin qadın və kişi bərabərliyi müsabiqəsi mükafatının təqdim edilməsi - cümə axşamı 12 noyabr 2020 [fr]

Fransa səfiri cənab Zakari Qros, 12 noyabr tarixində Fransa igamətgahında « Qadın və kişi bərabərliyi müsabiqəsi »nin mükafatının təqdim edilmə tədbirini keçirdi.

Qadın-kişi bərabərliyi Fransanın xarici siyasətinin prioritetlərindən biridir. Bu səbəbdən, Fransanın Azərbaycandakı Səfirliyi bu il, Azərbaycandakı öhdəlikləri və fəaliyyətləri ilə bu sahədə gələcək vəd edən gənc bir azərbaycanlı qadını mükafatlandırmaq üçün « Qadın və kişi bərabərliyi mükafatı » təşkil etdi.

Üç qadın və iki kişidən ibarət münsiflər heyəti bu mükafatla, « Gender HUB Azerbaijan » layihəsinə görə xanım Məryəm Məcidovanı təltif etməyə qərar verdi.

« Gender Hub Azerbaijan » layihəsi, Məryəm Məcidovanın təşəbbüsü ilə yaranmış, Azərbaycanda qadınların mövqelərinin və hüquqlarının gücləndirilməsi, xüsusən də qadınlara qarşı ayrıseçkilik və şiddətin azaldılması lehinə hakim orqanlar və ictimai rəy nəzdində səfərbərlik və vəkillik fəaliyyətini həyata keçirmək üçün feminist və gender üzrə mütəxəssislər şəbəkəsidir. Azərbaycan Gənclər Təşkilatları Milli Assambleyasının prezidenti olan Məryəm Məcidova, Parisdəki ən nüfuzlu fransız siyasi elmlər mərkəzi olan « Sciences Po »da, 2021-ci ilin yayında insan haqlarına və xüsusilə qadın hüquqlarına həsr olunmuş yay məktəbində təlim qazandı.

Bu müsabiqədə iştirak etmək üçün 10-dan çox namizədlik təqdim edildi. Onların arasından 5 ən yaxşı namizəd münsiflər heyəti tərəfindən dinlənildi və 5 namizədin hər biri rəsmi müsabiqə heykəli və iştirak diplomu əldə etdi.

Mükafatın təqdim edilmə tədbiri beş namizədin, münsiflər heyətinin, BMT-nin Azərbaycandakı səfiri cənab Ghulam Izaczai və Meksikanın səfiri cənab Juan-Rodrigo Labardini də daxil olmaqla üç səfirin iştirakı ilə baş tutdu.

Onların iştirakı, Fransa səfirinin 2021-ci ilin iyun ayında Parisdə qadınların yeri və hüquqlarına həsr olunmuş, UN-Women və Meksikanın tərəfdaşlığı ilə « Nəsil Bərabərlik Forumu » adlı böyük bir beynəlxalq tədbirin baş tutmasını ifadə etməsinə fürsət yaratdı. Bundan əlavə, gələn il Azərbaycanda qadınlar və kişilər arasında bərabərlik üçün fransız-alman müsabiqəsinin təşkilini planlaşdıran Almaniyanın səfiri cənab Wolfgang Manig də bu görüşdə iştirak etdi.

publié le 17/11/2020

haut de la page