Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən verilən vizaların alınmasında yeni qaydalar

1 dekabr 2017-ci il tarixində yenilənmişdir / MÜHÜM: viza üçün müraciət edən şəxslərə məlumat verilir ki, 2017-ci il dekabrın 1-dən etibarən mərkəzi Şengen rəsmilərinin məsləhətləşmə müddəti Azərbaycan vətəndaşları üçün təxminən 7 günü ərzi üçün nəzərdə tutulub. Nəticədə, Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən verilmiş Şengen vizasının alınması üçün təxmin edilən müddət artıq müraciətin CAPAGO viza xidmətinə təqdim edildiyi gündən hesablanıraq 10 günüdür. Buna görə də, bu gündən etibarən viza müraciət edən Azərbaycan vətəndaşarından CAPAGO vizası təminatçısı ilə görüş üçün müraciət etdikdə bunu nəzərə almaları xahiş olunur.

Viza üçün müraciət edənlərə bildirilir ki, növbəti həftələrdə Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən verilən vizaların alınmasında yeni qaydalar tətbiq olunacaq.

Belə ki, əvvəllər səfirliyin vizalarının verilməsini öz üzərinə götürən TLS Contact şirkəti bundan sonra CAPAGO şirkəti ilə əvəz olunacaq. Bu şirkət Bakıda « Globus Center » -də, Cəfər Cabbarlı küçəsi 609 ünvanında yerləşir və çərşənbə axşamı, 7 noyabrdan etibarən həmin şirkətin fransız vizaları mərkəzi viza müraciət edənlərə xidmət göstərəcək.

Bu yardımçı şirkət viza ilə bağlı aşağıdakı işləri öz üzərinə götürəcək :
• görüşlərin alınması,
• viza ilə bağlı sualların cavablandırılması
• fransız vizası mərkəzində əhalinin qəbulu
• viza müraciətlərinin qəbulu
• barmaq izlərinin alınması
• xidmət xərclərinin yığılması (standart qiymət 26 avro) və viza xərclərinin yığılması
• pasportların geri qaytarılması

7 noyabr, çərşənbə axşamı günündən etibarən Fransız vizalarının yeni mərkəzində görüşün alınması üçün müraciət aşağıdakı qaydada olacaq:

- Viza müraciətini « France Visas » internet saytından əldə edə bilər ;
- “France Visas” saytı vasitəsilə verilən linklərlə CAPAGO köməkçı şirkətində görüş ala bilər ;
- Səfirliyin internet web saytında verilən sənədlərin siyahısı barədə məlumatlana bilərlər / Diqqət: “France Visas” saytındakı sənədlərin siyahısı hal-hazırda düzgün olmadığına görə, Səfirliyin internet saytında verilən sənədlərin siyahısı düzgün sayılır.

Görüşün alınması ilə bağlı çətinliklər olduqda və ya əlavə məlumatlar üçün müraciət edən şəxlər CAPAGO : infofrance-az@capago.eu yaza / oranın çağrı mərkəzinə (+994) (0) 12 310 0710 zəng edə bilərlər.

Beləliklə, viza üçün müraciət edən şəxslərin heç biri bundan sonra, səfirliyin viza bölməsində qəbul olunmayacaq (Azərbaycanın rəsmi və diplomatik pasport sahibləri istisna olmaqla).

İspaniya, Belçika, Niderland, Portuqaliya və Lüksemburq üçün viza istəyənlər də CAPAGO şirkəti tərəfindən idarə olunan fransız vizası mərkəzinə müraciət edəcəklər.

publié le 01/12/2017

haut de la page