Fransanın Azərbaycandakı Səfirinin Şamaxı rayonuna səfəri

Fransa Səfiri Xanım Orelya Buşez 19 yanvar tarixində Şamaxıya səfər etmişdir.
Xanım Buşezi Şamaxı rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev qəbul etmişdir. Görüş zamanı Səfir Fransa və Azərbaycanın regionları arasında qeyri-mərkəzləşdirilmiş formada əməkdaşlığın əhəmiyyətini və Fransanın Azərbaycan iqtisadiyyatının diversifikasiyası strategiyasına dəstəyini qeyd etmişdir. O, Şamaxı rayonunun kənd təsərrüfatı, üzümçülük və turizm kimi sahələrdə fəaliyyətindən və həyata keçirilən layihələrdən, eləcə də fransız dilinin məktəblərdə tədrisindən məmnun olduğunu bildirmişdir.

Cümə məscidini ziyarət etdikdən sonra Səfir üzüm sahələrinə baş çəkmiş və burada regionun iki şərab istehsalçısı- Az-Granata və Şirvan Şərab şirkətlərinin nümayəndələri ilə görüşmüşdür. O, fransız şirkətləri ilə əməkdaşlığın həyata keçirildiyini gördüyü üçün razı qaldığını ifadə etmişdir.

JPEG
JPEG
JPEG

publie le 24/01/2017

hautdepage