Fransanın Azərbaycandakı Səfirinin Quba və Qusar rayonlarına səfəri

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşezin rəhbərlik etdiyi Fransa Səfirliyinin nümayəndə heyəti müxtəlif fransız növlərini idxal edərək alma və digər meyvələr istehsal edən "SoyuzAgroContract" şirkətini ziyarət etmək məqsədi ilə Qusar rayonunda səfərdə olmuşdur. Qusar və Fransanın cənub-şərqində yerləşən Montoban şəhərinin eyni coğrafi paraleldə yerləşməsi səbəbindən fransız alma ağacları Qusar rayonunun iqliminə asan uyğunlaşır. Kənd təsərrüfatı sahəsində Avropanın ən aparıcı ölkəsi olan Fransa Azərbaycanın əsas sektorunun inkişafı və müasirləşdirilməsində mühüm tərəfdaşdır.

Daha sonra, Fransanın Azərbaycandakı səfiri Abu-Dabi Sarbon universiteti tərəfindən təşkil olunan "Universitet sistemində interaktiv təhsil" adlı təlimin açılışını etmək üçün Azərbaycan Dövlət İqtisad Universitetinin Quba tədris mərkəzində olmuşdur. Təlimdə Dövlət İqtisad Universitetinin 100-dən çox müəllimi iştirak edir. Xanım səfir Azərbaycan Təhsil Nazirliyinə onun təhsil sisteminin müasirləşdirilməsi istiqamətində apardığı səylərə dəstək göstərdiyini yenidən təsdiq etdi.

Günün 2-ci yarısı, Quba rayonunun icra hakimi Yaşar Məmmədov nümayəndə heyətini qəbul etdi. Xanım səfir Azərbaycan iqtisadiyyatının şaxələnməsi və qeyri-neft sektoruna dəstək vermək məqsədi ilə islahatların həyata keçirilməsinin ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətini qeyd etdi. Fransa beləliklə bu bölgədə nəzərdə tutulan ərzaq sənayesi istehsalı üzrə layihələrə logistik və texniki dəstək göstərməyə hazırdır.

Bölgəni tərk etməzdən əvvəl, xanım səfir Quba şəhərinə xas sənətkarlıq peşəsi ilə tanış olmaq üçün xalça emalatxanasını ziyarət etdi. Nümayəndə heyəti emalatxananın direktorunun iştirakı ilə toxucuların bacarıqlarını və onların yaratdığı gözəl xalçaları zövqlə seyr etdi.

JPEG - 37 ko
Photo © APA
Photo © APA
JPEG - 69.4 ko
Photo © APA

publie le 14/03/2016

hautdepage