Fransanın Azərbaycandakı Səfirliyinin viza verilməsinin müddəti

Fransanın Bakıdakı Səfirliyi xatırladır ki, Fransaya və Səfirliyin viza verdiyi beş ölkəyə (Belçika; İspaniya; Lüksemburq; Niderland; Portuqaliya) qısamüddətli (90 gündən az qalma müddəti) Şengen vizası müraciətinə baxılma üçün zəruri müddət aşağıdakı kimidir :

-  Ümümvətandaş pasportlar : azaldıla bilməyən 3 iş günü (bütün zəruri sənədlərin təqdim olunması ilə)
-  Diplomatik və xidməti pasportlar : azaldıla bilməyən 2 iş günü (bütün zəruri sənədlərin təqdim olunması ilə)

Uzunmüddətli (90 gündən artıq qalma müddəti) viza müraciətlərinə baxılma müddəti müraciətin mürəkkəbliyindən asılı olaraq 15 gündən bir neçə aya qədər dəyişə bilər.

Ümümvətandaş pasportlar üçün qısamüddətli və uzunmüddətli viza müraciətlərinə baxılma müddəti, sənədlərin təqdim edilməsi üçün görüş götürmək müddətini əhatə etmir. Diplomatik ve xidməti pasportlar üçün viza müraciətinin təqdim olunması isə pasport sahibinin üncədən görüş götürmədən Fransa Səfirliyinin viza şöbəsinə bazar ertəsindən-cümə gününədək saat 15.00-16.00 saatları arasında gəlməsi ilə mümkündür.

Fransanın Azərbaycandakı Səfirliyinin bağlı olacağı günlərin siyahısını Səfirliyin internet ünvanından görmək mümkündür:
http://www.ambafrance-az.org/Viza-sob%C9%99si-2013-ci-ild%C9%99

publie le 07/10/2013

hautdepage