Fransanın Avropa və Xarici İşlər nazirliyinin sözçüsünün bəyanatı [fr]

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsünün bəyanatı – 28 sentyabr 2020

Dağlıq Qarabağda vəziyyət

Sual : Minsk qrupunun həmsədri olaraq Fransa, Azərbaycan və Ermənistan arasında dialoqun başlanması üçün nə edir?

Cavab :Respublika Prezidentinin dünən Ermənistanın Baş naziri Nikol Paşinian və Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqları zamanı vurğuladığı kimi, mütləq prioritet Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması və dialoq prosesinə zəruri qayıdışdır.

Minsk Qrupunun həmsədri kimi Fransa, rus və amerikalı tərəfdaşları ilə tərəflərlə daimi əlaqədədir. O, dialoqu bərpa etmək və yenidən siyasi bir prosesə başlamaq üçün mümkün olan hər şeyi edir.

Fransa, beynəlxalq hüquqa riayyət edərək, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı həllinə nail olmaq üçün səfərbər olduğunu yenidən bildirir.

publié le 29/09/2020

haut de la page