Fransanın Avropa və Xarici İşlər nazirliyinin sözçüsünün bəyanatı [fr]

Dağlıq Qarabağda vəziyyət
27 sentyabr 2020

Fransa, Dağlıq Qarabağda hal-hazırda davam edən iri miqyaslı toqquşmalardan və mülki şəxslər arasında itkilərin haqqında məlumatlardan dərin narahatlığını bildirir. Fransa, hərbi əməliyyatların dərhal dayandırılmasına və dialoqun bərpasına çağırır.

Minsk Qrupunun həmsədri qismində, rus və amerikalı həmkarları ilə birlikdə, Fransa, beynəlxalq hüquq çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı həllinə nail olmaq üçün öz öhdəçiliyini bir daha ifadə edir.

publié le 27/09/2020

haut de la page