Fransanın Avropa və Xarici İşlər nazirinin yanında Dövlət katibinin Biləcəri dəmir yolu deposunda [fr]

27 yanvar 2021-ci il tarixində Turizm məsələləri, Xaricdə yaşayan Fransızlar və Frankofoniya üzrə Avropa və Xarici İşlər Nazirinin yanında Dövlət Katibi Jan-Batist Lömuan Bakı yaxınlığında yeni Biləcəri dəmir yolu deposunda olub. Fransa İnkişaf Agentliyinin (AFD) suveren krediti hesabına maliyyələşən bu depo 2014-cü ildə Azərbaycan Dəmir Yolları şirkəti ilə imzalanmış müqaviləyə əsasən gətiriləcək 50 yeni Alstom lokomotivlərinin texniki qulluğuna imkan verəcək. Deponun tikintisi, fransız şirkəti Systra-nın nəzarəti altında, Türkiyənin Kolin şirkəti tərəfindən həyata keçirilmişdir. Dövlət katibi şirkətlərin nümayəndələri ilə fikir mübadiləsi aparıb və Fransa ilə Azərbaycan arasında dəmir yolu sahəsində əla əməkdaşlığın bu konkret nümunəsini alqışladı.

publié le 27/01/2021

haut de la page