Fransa vətəndaşı Bakı şəhərinə gözdən əlil şəxslər üçün bürüncdən hazırlanmış maket hədiyyə etmişdir [fr]

Şənbə günü, 17 iyun tarixində Fransanın Azərbaycandakı Səfiri Xanım Orelia Buşez 17 ildir ki, Azərbaycanda yaşayan Fransız Cənab Siril Rabbahın azərbaycan dilində gözdən əlillər üçün bürünc maketdən düzəlmiş şrifti İçəri şəhərə (YUNESKO-nun mədəni irsi) hədiyyə etmişdir. Bu maket gözdən əlil şəxslərə şəhərin maddi irsi ilə yaxından tanış olmaq imkanı yaradacaq.

Xanım Səfir öz çıxışında fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyasına tövhə verəcək bu xeyirxah addımı alqışladı. O,həmçinin Fransanın bu məsələdə 2014-cü ilin oktyabr ayında başa çatan avropa tvinninq layihəsi çərçivəsində azərbaycan hakimiyyətinin yanında olduğunu xatırlatdı.

publie le 03/07/2017

hautdepage