“Fransa və Avropa əmək bazarında gender bərabərsizlikləri: boşluqlar, tendensiyalar, dövlət siyasətləri və problemlər” [fr]

PRESAGE proqramından, gender tədqiqatları üzrə araşdırma və akademik proqramdan məsul olduğu OFCE (Science-Po Paris İqtisadi Araşdırmalar Mərkəzi) iqtisadçısı xanım Elen Periviye, 10 iyun 2021-ci il tarixində Fransa və Avropa Birliyi daxilində əmək bazarında gender bərabərsizliyinə həsr olunmuş onlayn konfrans keçirdi.

Bu konfrans Fransanın Azərbaycandakı Səfirliyi və « Gender Hub Azerbaijan » assosiası tərəfindən birgə təşkil edilmişdir. Səfir cənab Zakari Qross tərəfindən açılışı olan bu konfransın moderatorluğunu və « Gender Hub Azerbaijan » assosiasının həmtəsisçisi və 2020-ci ildə Fransa səfirliyi tərəfindən təşkil edilən qadın və kişilər arasında bərabərlik müsabiqəsinin qalibi xanım Məryəm Məcidova etdi.

Xanım Periviye ingilis dilində, Fransa və bir sıra Avropa ölkələrində əmək bazarında qadınlar və kişilər arasındakı davamlı bərabərsizlikləri vurğulayan çoxsaylı müqayisəli qrafiklərlə təsvir edilən təqdimatla çıxış etdi : tam gün və ya yarım gün işləmək imkanı, orta gəlir səviyyəsi, böyük şirkətlərdə yüksək vəzifəli vəzifələrlə bağlı fərqliliklər və s. O, həmçinin, Avropa ölkələri arasında həm müəyyən qaydaların yerli xüsusiyyətləri ilə əlaqəli (valideynlik məzuniyyəti, analıq və eyni zamanda atalıq məzuniyyəti ilə əlaqəli), həm də kişi və qadınların iş dünyasında və ailə sferasında tutduqları yerə görə fərqli mədəni yanaşmaları da vurğuladı.

Bu videokonfransda « Gender Hub Azerbaijan » şəbəkəsinin əksəriyyəti qadınlardan ibarət olan qırxdan çox üzvü, eyni zamanda, bir neçə nəfər kişi də iştirak etdi. Konfrans müəyyən Avropa ölkələrinin (Fransa da daxil olmaqla) tərəfindən əmək bazarında gender bərabərliyini gücləndirmək üçün (xüsusilə də idarələrdə və şirkətlərdə) apardığı kvota siyasətinin marağına dair bir çox suallara yer verdi.

Xanım Periviye Avropa layihəsi olan EGERA (Effective Gender Equality in Research and the Academia) layihəsini koordinasiya etmişdir (2014-2017). Tədqiqatları əsasən sosial və ailə siyasətlərinə, əmək bazarındakı gender bərabərsizliyinə və ayrıseçkiliyə yönəlmişdir. Bu yaxınlarda müxtəlif mövzularda yazıları dərc olunmuşdur: Rejan Sena ilə “Yeni neoliberalizmin ruhu: bərabərlik və iqtisadi rifah” (2018) və Qreqori Verduqo ilə “Gender bərabərliyinə doğru dinamika? Avropa əmək bazarlarında iştirak və məşğulluq” (2018) mövzusunda məqalələr dərc etmişdir.

publié le 29/06/2021

haut de la page