Fransa səfirliyində terror qurbanlarının xatirəsinə həsr olunmuş tədbir [fr]

2004- ci il mart ayının 11 -də Madriddə ən qanlı terror aktını yad edən Avropa anım gününə paralel olaraq, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, hər il 11 mart tarixində terror qurbanların xatirəsini yad etmək üçün hüzn günü elan etmək qərarını verdi.

Bu münasibətilə Fransanın Azərbaycandakı səfirliyi, Fransa səfiri Zakari Qros, Azərbaycan Resoublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov, Azərbaycanın hökümət nümayəndələri, fransız icmasının nümayəndələri, yerli media nümayəndələrinin və həmçinin diplomatik korpusun üzvlərinin iştirakı ilə Səfirlikdə anım mərasimi təşkil etdi. Səfirin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinin nitqindən sonra Fransada və xaricdə Fransa maraqlarına qarşı edilən hücumların qurbanı olmuş fransız və ya xarici vətəndaşların xatirəsini ehtiramla yad etmək üçün bir dəqiqəlik süküt elan olundu.

Foto@Report-APA

publié le 11/03/2020

haut de la page