Fransa səfirliyində Novruz şirniyyatlarının hazırlanması [fr]

Fransa səfirliyində Novruz şirniyyatlarının hazırlanması

Novruz bayramı ərəfəsində, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları şirniyyatçı Xanım İradə Əliyevanın köməkliyi ilə yaz fəslin şirin atributları sayılan şəkərbura və paxlava bişirmək üçün toplaşmışdılar. Səfir Zakari Qros iştirak edərək şəkərburların hazırlıq və naxışlama mərhələsini müşahidə etdi.

Novruz şənliyi Azərbaycanda ailələr tərəfindən ən çox qeyd olunan bayramdır. Bu ənənəvi bayramın öz adət-ənənəsi var : qəbirstanlıqda vəfat etmiş yaxınlar yad edilir və dualar oxunur, ənənəvi təamlar hazırlanır, yeni, gözəl paltarlar geyinilir, evlər tamamilə təmizlənir, yaşlı qohumların evinə qonaq gedilir və sonra ailənin digər üzvləri ilə şənlik davam etdirilir. Azərbaycanlılar bütün probləmləri geridə qoymaq üçün tonqal qalayır və üstündən tullanırlar. Bu həmçinin uşaqların bəyəndiyi bayramdır, qapı-qapı gəzərək papaqları ilə Novruz şirniyyatları və ya hər rəngə boyanmış yumurtaları yığaraq əylənirlər.

Fransa səfirliyi Novruz bayramı münasibətilə bütün Azərbaycanlıları təbrik edir, onlara xoşbəxtlik, əmin-amanlıq və cansağlığı arzulayır!

Novruz bayramınız mübarək !

publié le 19/03/2021

haut de la page