Fransa səfirin Azərbaycanın Xarici İşlər Naziri ilə görüşü [fr]

Sentyabrın 15-də, Azərbaycanın yeni Xarici Işlər Naziri Ceyhun Bayramov Fransanın Azərbaycandakı səfiri Zakari Qrosu qəbul edib.

Cənab Bayramov Azərbaycanın müstəqillinin ilk illərindən bəri iki ölkə arasındakı münasibətlərin keyfiyyətini və sıx olduğunu vurğuladı. O, həmçinin ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün yüksək səviyyəli səfərlərin əhəmiyyətini də qeyd etdi.

İki ölkə arasındakı qarşılıqlı fəaliyyət, həmçinin siyasi, iqtisadi, enerji, ticarət və humanitar sahələrdə inkişaf perspektivləri müzakirə edildi. Müzakirələrin bir hissəsi Dağlıq Qarabağ münaqişəsinə də həsr olundu.

Səfir Zakari Qros, Fransanın Avropa və Xarici İşlər Naziri Jan-İv Lö Drian-ın missiyasının yerinə yetirilməsində Cənab Bayramova ən xoş arzularını çatdırdı. Səfir həmçinin fransalı nazirin azərbaycanlı həmkarını Parisə rəsmi səfərə dəvət etdiyini də söylədi.

Foto@XIN Azərbaycan

publié le 16/09/2020

haut de la page