Fransa səfirin Azərbaycan Respublikası Prezidentin Iqtisadi islahatlar üzrə köməkçisi və Azərbaycan Respublikası Energetika naziri ilə görüşləri.

Fransa Respublikasının Azərbaycandakı səfiri Zati - Aliləri Orelia Buşez fevralın 9-da Azərbaycan Respublikası Prezidentin Iqtisadi islahatlar üzrə köməkçisi Cənab Natig Əmirovla görüşmüşdür.

Fransanın Azərbaycandakı səfiri Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsi və diversifikasiyası üçün geniş potensialın olduğunu qeyd etdi, Azərbaycanın həyata keçirdiyi islahatların müsbət təsiri göstərə biləcəyinə əminliyini bildirdi. Xanım Orelia Buşez bildirdi ki, onun ölkəsi Azərbaycanın iqtisadiyyatında Fransız şirkətlərin iştirakına tərəfdardır və Azərbaycan Respublikasında həyata keçirilən islahatlar paketini dəstəkləyir. Fransa-Azərbaycan Ticarət və Sənaye Palatası həmçinin dialoq və faydalı əməkdaşlıq vasitəsi ola bilər.


Fransa Respublikasının Azərbaycandakı səfiri Zati - Aliləri Orelia Buşez fevralın 12-də Azərbaycan Respublikası Energetika naziri ilə görüşmüşdür.
Səfir qeyd etdi ki, Fransa yeni enerji və enerji səmərəliliyi sahəsində Azərbaycan ilə əməkdaşlığın yeni sahələrin hazırda müəyyənləşdirilməsinə diqqət var.

publie le 09/05/2016

hautdepage