Fransa Səfiri Bakı Kitab Mərkəzini ziyarət etdi

Cümə 5 oktyabr 2018-ci ildə, Fransanın Azərbaycandakı Səfiri Xanım Oreliya Buşez Bakı Kitab Mərkəzi (Baku Book Center) tərəfindən təklif olunan yüzlərlə fransız dilində kitablarla, onların satışa buraxılmasından əvvəl tanış oldu. Xanım Səfiri, kitabxananın direktoru Xanım Günel Rzayeva və Fransa Səfirliyinin Mədəniyyət və Əməkdaşlıq müşaviri və Fransız İnstitutunun direktoru Cənab Yoan Şiterer müşayiət etdilər.

Son ədəbi mövsümün ən məşhur romanları, fransız dilinin öyrənilməsi metodları və eləcə də, İncəsənətə həsr edilmiş kitablar indi Azərbaycan ictimaiyyətinə və fransızdilli icmaya təqdim edilə bilər. Bu təklif, bizim əməkdaşlığımızın inkişafı sayəsində Frankofonların (Fransızdillilər) Azərbaycanda getdikcə çoxalması baxımından real tələbata cavab verir.

Bakı Kitab Mərkəzi (Baku Book Center) 2018-ci ilin 28 avqust tarixində açılmışdır. Fransa, məqsədi Azərbaycanda oxu və ümumi mədəniyyətin inkişafı olan bu qurumla sıx bir tərəfdaşlıq qurmağı arzulayır. Bu tərəfdaşlıq, oktyabr ayından etibarən Fransız İnstitutu (www.ifa.az) tərəfindən bir sıra mədəni tədbirlərin (filmlərin nümayişi, konfranslar, musiqili axşamlar və s.) həyata keçirilməsi vasitəsilə ifadə ediləcək.

JPEG

publié le 12/11/2018

haut de la page