Fransa səfiri ADA-da təşkil olunan seminarda [fr]

"Advanced Foreign Service Program" adlı yeni proqram çərçivəsində Azərbaycan Diplomatik Akademiyası (ADA) 2018-ci il fevral ayının 21-dən mart ayının 7-dək diplomatlar və mütəxəssislər ilə düşüncə və təcrübələrini əks etdirən seminarlar keçirmək üçün razılığa gəlib.

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez martın 2-də iş təcrübəsi 3 ildən 12 ilədək olan 22 azərbaycanlı qadın diplomatın iştirakı ilə diplomat qadın kariyerasına həsr olunmuş seminarda iştirak etmişdir.

Orelia Buşez fəal müzakirələr zamanı diplomat kimi öz peşəkar təcrübəsini təqdim etmiş və öz auditoriyası ilə peşəkar kariyerası zamanı qarşılaşdığı problemləri və sualları, məsələn, şəxsi və iş həyatını, məsuliyyət və vəzifə borcunu necə bir araya gətirmək və eləcə də diplomat olmaq üçün zəruri peşəkar və şəxsi keyfiyyətlər haqqında müzakirələr aparmışdır.

Bu müzakirələrin sonunda, institusional səviyyədə qadınlar və kişilər arasında bərabər imkanlar və bərabər münasibətlərə nail olmaq üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulandı. Bu münasibətlə, səfir Orelia Buşez bir neçə ildir Fransanın Avropa və Xarici İşlər Nazirliyində inkişaf edən və artıq yavaş-yavaş öz nəticəsini verən siyasəti izah etməyə müvəffəq oldu. Məsələn, 2017-ci ildə 180 səfirdən 40 qadın olması onların sayının əhəmiyyətli dərəcədə artması buna sübutdur.

Foto@Azərbaycan Diplomatik Akademiyası

publie le 13/03/2018

hautdepage