Fransa ilə Azərbaycan arasında ikitərəfli siyasi məsləhətləşmələr

Fransa ilə Azərbaycan arasında siyasi ikitərəfli məsləhətləşmələr

Azərbaycan və Fransa arasında XİN-lərarası ilk ikitərəfli siyasi məsləhətləşmələr aprel ayının 26-da Bakıda keçirilib.

Fransanın xarici işlər və beynəlxalq inkişaf nazirliyinin kontinental Avropa idarəsinin rəisi Xanım Florans Manjən və həmin departamentin rəis müavini Cənab Nikola Dölakost və Azərbaycan Respublikasını Xarici Işlər Nazirinin müavini Xələf Xələfov iqtisadi, mədəniyyət və təhsil sahələrində ikitərəfli əməkdaşlığa dair məsələləri nəzərdən keçirilib. Dağlıq Qarabağ münaqişəsi, eləcə də regional konteksdə geosiyasi xarakterli məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Xanım Florans Manjən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Fransanın Minsk qrupunun həmsədri kimi ən yüksək dövlət səviyyəsində öhdəliklərinə sadiq olduğunu xatırlatdı.

Xanım Florans Manjən və Cənab Nikola Dölakost Azərbaycan Xarici İşlər naziri Cənab Elmar Məmmədyarovla da görüşüblər. Görüş zamanı tərəflər həmçinin iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və azərbaycan höküməti tərəfindən həyata keçirilən, iqtisadiyyatın diversifikasiyası strategiyasının qarşıya qoyduğu yeni ikitərəfli tərəfdaşlıq perspektivlərini bir daha vurğulayıblar.

JPEG
APA@photo, mfa.gov.az@photo

publie le 03/05/2017

hautdepage