“Fransa bir daha Azərbaycanı beynəlxalq öhdəliklərinə riayət etməyə çağırır” [fr]

ERMƏNİSTAN - AZƏRBAYCAN

XANIM NATHALIE BROADHURST-un ÇIXIŞI,

FRANSANIN BİRLƏŞMİŞ MILLƏTLƏR TƏŞKİLATI YANINDA DAİMİ NÜMAYƏNDƏLİYİNİN MÜAVİNİ,

MÜVƏQQƏTİ İŞLƏR VƏKİLİ

TƏHLÜKƏSİZLİK ŞURASINDA

Nyu York, 16 avqust 2023-cü il

Xanım Sədr sizə təşəkkür edirəm, həmçinin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin nümayəndəsinə təqdimatına görə öz təşəkkürümü bildirirəm.

Mən Ermənistanın xarici işlər nazirinin bu gün aramızda olmasını alqışlayıram.

Mən üç məqamı israrla vurğulamaq istərdim.

Əvvəla, Ermənistan və Dağlıq Qarabağı birləşdirən dəhlizdə nəqliyyatın hərəkətinin səkkiz aydan artıq müddətə məhdudlaşdırılması, sonra isə tam blokada olması bu gün humanitar böhrana səbəb olur.

Beynəlxalq humanitar hüququn prinsiplərinə zidd olan, Azərbaycan tərəfindən Laçın dəhlizinin israrlı şəkildə blokadası belə bir vəziyyətə haqq qazandırmaq üçün heç bir qanuni səbəb olmadan Dağlıq Qarabağ əhalisini dünyanın qalan hissəsindən təcrid etməkdə davam edir. Qaz və elektrik enerjisinin verilməsində fasilələr, su ehtiyatlarının tükənməsi, əhalinin toxum əldə etməkdə üzləşdiyi çətinliklər, kənd təsərrüfatı işlərinə mane olan yanacaq qıtlığı ilə birgə bu vəziyyət bu gün humanitar böhrana çevrilir : aclıq riski və geniş yayılmış qıtlıq, o cümlədən dərman çatışmazlığı qaçılmazdır.

Fransa bu dramatik vəziyyəti düzəltmək məqsədilə ötən iyul ayında Ermənistan hakimiyyəti tərəfindən göndərilmiş humanitar yardım karvanının qarşısının kəsilməsindən təəssüflənir. Beynəlxalq hüququn pozulması olan, BQXK-nin və humanitar aktorların fəaliyyətinə qoyulan məhdudiyyətlər və maneələr qəbuledilməzdir.

Humanitar vəziyyətin ciddiliyinə qarşı, Fransa əşyaların, insanların və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə sərbəst hərəkətini şərtsiz və gecikdirmədən bərpa etməyə və əhalinin fasiləsiz qaz və elektrik təchizatını bərpa etməyə çağırır.

Son açıq iclasımızdan sonra Beynəlxalq Ədalət Məhkəməsi 22 fevral 2023-cü il tarixli qərar çıxardı. Bu qərarda « Laçin dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün öz sərəncamında olan bütün tədbirləri görmək », irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycan üçün məcburi qüvvəyə malik olan gözlənilən tədbirlər qeyd edilib. Məhkəmə 6 iyul 2023-cü il tarixli qərarda “Tərəflər arasında vəziyyətin qeyri-müəyyənliyini” qeyd edərək, “22 fevral 2023-cü il tarixli qərarda göstərilən tədbirin effektiv həyata keçirilməsinin zəruriliyini” təsdiq edib.

Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin avqustun 2-də etdiyi kimi, Fransa bir daha Azərbaycanı beynəlxalq öhdəliklərinə əməl etməyə, xüsusən də Beynəlxalq Ədalət Məhkəməsinin göstərdiyi gözlənilən tədbirləri həyata keçirməyə çağırır.

Vəziyyətin ağırlığını nəzərə alaraq, Fransa BQXK-nin yerlərdə fəaliyyətini alqışlayır və ona daha çox dəstək verəcək. Fransa humanitar təşkilatların və BMT agentliklərinin zərər çəkmiş əhaliyə dərhal, pulsuz və maneəsiz çıxışına və Laçin dəhlizinin yenidən açılmasına çağırır.

Xanım Sədr,

Fransa həmçinin regionda davamlı və ədalətli sülhün təşviq edilməsinə tam sadiqdir.
Bununla əlaqədar olaraq, biz Dağlıq Qarabağ əhalisinin hüquq və təminatları da daxil olmaqla, həll edilməmiş bütün məsələlərin həlli istiqamətində danışıqları bərpa etməyə çağırırıq. Bu həll, hər hansı güc tətbiqi və ya hər hansı güc təhdidini istisna edir və yalnız dialoq yolu ilə əldə edilə bilər.

Avropa İttifaqı ilə yanaşı, Fransa Ermənistan və Azərbaycan arasında dialoqun təşviqi səylərinə töhfə verməyə davam edəcək. O, tam dəstəyini verir və normalaşma prosesini təşviq etmək üçün Avropa İttifaqının rəhbərlik etdiyi vasitəçilik səylərində iştirak edir.

Biz danışıqlarda olan bütün mövzular, xüsusən də sülh müqaviləsi layihəsi, sərhədin delimitasiyası, humanitar məsələlər və kommunikasiya xətlərinin açılması üzrə irəliləyiş axtarışını dəstəkləyəcəyik. Fransa bütün tərəfdaşlar və maraqlı tərəflərlə birlikdə bu məqsədlərə töhfə vermək üçün tərəflərin ixtiyarındadır.

Sizə təşəkkürümü bildirirəm.

publié le 17/08/2023

haut de la page