Fransa Səfirliyinin İqamətgahında "Shirvan Wines" şərablarının ilk dequstasiyası [fr]

Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşez, « Shirvan Wines » şirkətinin ilk şərab istehsalının dequstasiyasını keçirib. Tədbirdə, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr üzrə direktoru cənab Soltan Məmmədov, UNESCO-nun mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi, heykəltəraş Hedva Ser və Bakıda keçirilən VI humanitar forumda iştirak etmiş fransız millət vəkilləri André Villiers, Bertran Sorre və Laurence Trastour-Isnart iştirak ediblər.

« Shirvan Wines » şərabları Şamaxının Meysari kəndində istehsal olunur. Minillik şərab ənənəsi olan Fransa, ən yaxşı texnologiyaları və təcrübəsindən istifadə edərək, bu layihəni həyata keçirmək üçün tərəfdaş olaraq seçilmişdir.

publié le 06/12/2018

haut de la page