Fransa Səfirinin Sumqayıta səfəri - 20 fevral [fr]

Fransanın Azərbaycandakı Səfiri cənab Zakari Qros, cümə axşamı 20 fevral tarixində Sumqayıta səfər etdi. Səfər zamanı müzakirə olunan məsələlər əsasən əsasən təhsil və təlim məsələlərinə yönəldilmişdi. Cənab Səfir bir neçə həmkarı tərəfindən müşaiyət olunurdu : Mədəniyyət və Əməkdaşlıq Müşaviri Jerom Kel, Fransız İnstitutunun direktor müavini Moris Rufen və Universitetlərarası əməkdaşlıq attaşesi Klemens Felipo.

Nümayəndə heyəti səfər çərçivəsində aşağıdakı müəssisələrə baş çəkdilər: 1 nömrəli məktəb, Sumqayıt Dövlət Universiteti, Sənaye Parkının gələcək Texniki Təhsil Mərkəzi və « Qadınlar və sosial problemlər üçün ictimai təşəbbüs » QHT

1) 1 nömrəli məktəb: Məktəbin direktoru Kəmalə Hüseynova və xarici dillər (ingilis və fransız) müəllimi nümayəndə heyətini səmimiyyətlə qarşıladı və onlara, tələbələrin ifasında tamaşa təqdim olundu (“Mösyö Jordan və Dərviş Məstəli Şah” əsərindən bəzi hissələr, muğam ifası, ənənəvi rəqslər və s.). Səfirlə müsahibəsindən sonra direktor rəhbərlik etdiyi qurumda fransız dilinin tədrisini bərpa etmək öhdəliyini götürdü.

2) Sumqayıt Dövlət Universiteti: Universitetin rektoru Elxan Hüseynov ilə olan mübadilələr, əməkdaşlıq üçün bir sıra perspektivlər ortaya qoydu: binaların energetika və ətraf mühitinin inkişafı sahəsində CNAM (sənət və sənətkarlıq üzrə milli mərkəz) ilə ikili lisenziyalı layihəsinə dəstək, fiziki və texnoloji elmlər ətrafında ümumi ixtisaslaşmalarını nəzərə alaraq UFAZ (Fransız-Azərbaycan Universiteti) və Sumqayıt Dövlət Universiteti arasında mübadilə imkanı, fransız dilinin xarici dil kimi tədrisinin müəyyən fakültələrdə tətbiqi ehtimalı və Campus France tərəfindən Fransada təhsil və o cümlədən ingilis dilində texniki magistr təhsili barədə təqdimat.

3) Texniki təlim mərkəzi: Səfər zamanı, cənab səfir İqtisadiyyat nazirinin müavini cənab Niyazi Səfərovla ikitərəfli ticari və iqtisadi məsələlər barədə geniş söhbət etdi. Bu mərkəz üçün gələcək təhsil proqramlarının inkişafına dəstək olaraq FEI (France Education International) Texniki və Peşə Təhsili və Təlimi Departamentinin ekspertiza təklifi Azərbaycan tərəfinə təqdim edildi.

4) « Qadınlar və sosial problemlər üçün ictimai təşəbbüs » QHT: Bu QHT-nın direktoru xanım Zemfira Mustafayeva, təşkilatın qadınlara və çətin vəziyyətdə olan insanlara, xüsusilə məişət zorakılığının və/ və ya insan alverinin qurbanlarına dəstək fəaliyyətləri barədə məlumat verdi. Səfirliyin qadınlar və kişilər arasında bərabərlik sahəsində təşkil etdiyi fəaliyyətlər (konfranslar, filmlər, müsabiqələr və s.) bu təşkilata təqdim edildi və bundan sonrakı tədbirlərdə bu qurumun da iştirakı təklif edildi.

Günün sonunda, universitetin rektoru səfir və heyətini nahar yeməyinə dəvət etdi, şəhərin İcra hakiminin köməkçisi isə səfər boyu nümayəndə heyətini müşayiət etdi.

publié le 02/03/2020

haut de la page