Fransa Səfirinin Heydər Əliyev Fondunun icraçı direktoru cənab Anar Ələkbərovla görüşü [fr]

Heydər Əliyev Fondunun icraçı direktoru Cənab Anar Ələkbərovla görüş zamanı, Fransa səfiri Cənab Zakari Qros, təhsil, səhiyyə, mədəniyyət, texnologiya, iqtisadiyyat və s. kimi sahələrdə Fondun çoxsaylı xeyriyyəçilik fəaliyyətindən məmnunluğunu ifadə etdi.

Cənab səfir və Cənab A. Ələkbərov Fransa ilə Fond arasında qurulan əlaqələrin keyfiyyətini alqışladılar və istər mədəniyyət sahəsində, istərsə də vətəndaş cəmiyyətləri arasında mübadilə sahəsində yeni layihələr vasitəsi ilə əlaqələrin daha da inkişaf etdirmək imkanlarını vurğuladılar.

publié le 05/12/2019

haut de la page