Fransa Səfirinin Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Cənab Ramiz Mehdiyev ilə görüşü [fr]

27 iyul 2020-ci ildə, Fransa Səfiri Cənab Zakari Qros, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Cənab Ramiz Mehdiyev ilə görüşüb.

Onlar AMEA (Azərbaycan Milli Elmlər Akademiyası) və Fransa arasında mövcud olan əməkdaşlığı və yeni mümkün əməkdaşlıq perspektivlərini müzakirə etdilər.

Görüş zamanı, onlar hər il seçilən iki azərbaycanlı doktorantın tibb, nanotexnologiya, qida təhlükəsizliyi və s. kimi müxtəlif sahələrdə tədqiqat işlərini Monpeliye şəhərində davam etdirməsinə imkan verən Monpeliye Universiteti ilə beynəlxalq müştərək doktorantura proqramının uğurlarını alqışladılar.

Onlar UFAZ-da tədris olunan kimya mühəndisliyi, kompyuter elmləri, geofizika mühəndisliyi, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədqiqat sahəsində UFAZ (Fransız-Azərbaycan Universiteti) ilə partnyorluq çərçivəsində Strasburq Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulması imkanlarını vurğuladılar.

Humanitar elmlər sahəsində, AMEA Azərbaycan dilinin və mədəniyyətinin Parisdə İNALCO-da (Şərq Dilləri və Mədəniyyətləri Milli İnstitutu) tədrisini təbliğ etmək istəyini bildirdi.

Bundan əlavə, AMEA Antropologiya İnstitutu yaratma layihəsini həyata keçirmək üçün uyğun bir fransız tərəfdaşı müəyyən etmək istərdi.

publié le 29/07/2020

haut de la page