Fransa Səfirinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradova ilə görüşü [fr]

Fransa səfiri Zakari Qros 8 aprel tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradova ilə görüşdü.

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin yüksək keyfiyyətini və səviyyəsini qeyd etdikdən sonra, müstəqil Azərbaycan Respublikasının 1918-ci ildən bəri qadınlara səs vermək hüququnu verdiyini xatırladaraq, qadın və kişi arasında bərabərliyə sadiq qalma ənənəsini vurğuladılar. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı son kontekstdə, bölgənin sabitləşməsi və münaqişənin həlli, xüsusən icmalar arasında barışıq lehinə qadınların əsas rolu vurğulandı. Bununla yanaşı Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının 1325 saylı “Qadınlar, Sülh və Təhlükəsizlik” qətnaməsi üzərində qurduğu əhəmiyyət də qeyd edildi

Səfir, xanım Muradovaya Fransa, Meksika və BMT-Qadınların həmsədrliyi ilə Parisdə 30 iyun-2 iyul tarixlərində onlayn keçirilməsi planlaşdırılan "Nəsil Bərabərlik Forumu" barədə məlumat verdi. Bu forum, 1995-ci ildə Pekin Konfransından bəri qadın hüquqlarına həsr olunmuş ən mühüm beynəlxalq tədbir olacaqdır. Səfir həmçinin, bu çərçivədə planlaşdırılan 6 tematik koalisiyadan birinə və ya digərinə qoşulmaqla Azərbaycanı beynəlxalq aləmdə öz yerini tutmağa çağırdı (qadınlara qarşı şiddətə qarşı mübarizə; cinsi və reproduktiv hüquqlar və sağlamlıq; ədalət və iqtisadi hüquqlar; iqlim ədaləti üçün feminist fəaliyyət; bərabərlik feminist hərəkatlar və liderlik xidmətində yenilik və texnologiya). Bundan əlavə Səfir, Fransa tərəfindən səhiyyə sektorunda qadınlar və kişilər arasında bərabərlik sahəsində göstərilən təşəbbüsü vurğulayaraq, Azərbaycanı bu təşkilata qoşulmağa dəvət etdi. Bərabərliyə və qadın hüquqlarına bağlılığın fransız diplomatiyasının əsas prioritetlərindən biri olduğunu və bu sahədə ən müasir müsəlman ölkələri arasında yer alan Azərbaycanın bu beynəlxalq səfərbərliyə qoşulmasını təbii hesab etdiyini dedi.

Görüşün sonunda, səfir xanım Muradovaya, ölkəsində qadınların mövqelərinin gücləndirilməsi naminə nümunəvi bir layihə həyata keçirən bir azərbaycanlı qadını mükafatlandırmaq məqsədilə təşkil olunan Fransız-Alman Qadın və Kişi bərabərliyi müsabiqəsindən söz açaraq, ona Alman həmkarı ilə birlikdə 31 may tarixinə təyin olunmuş mükafatlandırma mərasimində iştirak etmək üçün imzaladığı dəvət məktubunu verdi.

publié le 09/04/2021

haut de la page